Press "Enter" to skip to content

Ağrı dağında yay mövsümünün dırmanış mərhələsi başlayıb

Ağrı dağı

BAYRAQDAR MEDİA – Türkiyənin ən yüksək zirvəsi olan, 5 min 137 metr hündürlüyə malik Ağrı dağında yay dırmanış mövsümü rəsmi olaraq başlayıb.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumatda deyilir ki, hər il olduğu kimi, bu il də yerli və xarici alpinistlər zirvəyə qalxmaq üçün bölgəyə böyük maraq göstərirlər və aprel ayından etibarən yüzlərlə idmançı dırmanış həyata keçirib: “Mövsümün başlaması ilə əlaqədar mütəxəssislər yüksək dağ şəraitində təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyini vurğulayıblar”.

Iğdırda fəaliyyət göstərən dağçılıq məşqçisi Muhammed Akkuş bildirib ki, yüksək hündürlükdə həyata keçirilən yürüşlər ciddi risklər daşıdığından idmançılar bütün texniki avadanlıqlarla tam təmin olunmalıdırlar. Onun sözlərinə görə, uyğun geyim, ip, karabin, təhlükəsizlik kəməri, krampon, buz baltası, dəbilqə və digər xüsusi ləvazimatların istifadəsi həyati əhəmiyyət daşıyır.

M.Akkuş həmçinin hava şəraitinin dağlarda qısa müddətdə dəyişə bildiyini xatırladaraq, alpinistlərin proqnozları daim izləmələrinin və peşəkar, sertifikatlı bələdçilərin müşayiəti ilə hərəkət etmələrinin vacibliyini qeyd edib.

Mütəxəssislər hesab edirlər ki, fiziki hazırlıq, düzgün texniki təminat və təhlükəsizlik qaydalarına riayət olunması Ağrı dağında baş verə biləcək qəzaların qarşısını almağın əsas şərtidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.