BAYRAQDAR MEDİA – Bolqarıstan Avropa Birliyində çimərlik sularının keyfiyyətinə görə ən yüksək göstəricilərə malik ölkələrdən biri olub. Avropa Ətraf Mühit Agentliyinin son hesabatında ölkənin çimərlik sularının 96,9 faizinin ən sərt ekoloji standartlara cavab verdiyi qeyd olunub.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, qiymətləndirmə çimərlik sularında sağlamlıq üçün təhlükə yarada biləcək bakteriyaların mövcudluğuna dair testlər əsasında aparılıb. Nəticələr Bolqarıstanın Qara dəniz sahillərinin Avropanın bir sıra məşhur dəniz turizmi məkanlarını geridə qoyduğunu göstərib. Hesabat Avropa Komissiyası ilə birgə hazırlanıb və təhlükəsiz çimərlik ərazilərini əks etdirən interaktiv xəritə də təqdim olunub. Bu göstərici ölkənin turizm potensialını daha da artıran mühüm amillərdən biri kimi qiymətləndirilir.






İlk şərhi yaza bilərsiniz