Press "Enter" to skip to content

Azərbaycan və İtaliya mədəni əməkdaşlığının müzakirəsi

Azərbaycan və İtaliya mədəni əməkdaşlığının müzakirəsi

BAYRAQDAR MEDİA – İyunun 18-də Romada səfərdə olan mədəniyyət naziri Adil Kərimli İtaliyanın mədəniyyət naziri Alessandro Ciuli ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “söhbət zamanı Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin 20 fevral tarixində İtaliyaya rəsmi səfəri çərçivəsində mübadilə olunan “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” iki ölkənin mədəni əməkdaşlığı üçün xüsusi əhəmiyyət daşıyır”.

Sonra xəbərdə, “görüşdə mədəni irsin qorunması, muzey işi, yaradıcı sənayelər, kinematoqrafiya, musiqi və ifaçılıq sənəti sahələrində birgə layihələrin həyata keçirilməsi, həmçinin mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib. A.Kərimli Azərbaycanın mədəniyyət siyasətinin prioritetləri, mədəni diplomatiyanın gücləndirilməsi və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə həmkarına məlumat verib. Tərəflər qarşılıqlı mədəniyyət günlərinin, sərgi və konsert proqramlarının təşkili, peşəkar mübadilə layihələrinin həyata keçirilməsi və mədəniyyət sahəsində institusional əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar” deyə qeyd olunur.

Xəbərdə eləcə də deyilir ki, “bildirilib ki, Azərbaycan və İtaliya mədəniyyət nazirlərinin əvvəlki görüşü 2024-cü ilin dekabrında Romada keçirilib. Həmin görüşdə əldə edilən razılaşmaların davamı olaraq tərəflər mədəni əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsində və birgə təşəbbüslərin həyata keçirilməsində qarşılıqlı maraqlarını bir daha təsdiqləyiblər. Görüşdə mədəniyyət sahəsində layihələrin icrası ilə bağlı tədbirlər planı da müzakirə olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.