Press "Enter" to skip to content

“Səfəvi Şeyxi” romanı Türkiyə oxucularına təqdim olunub

BAYRAQDAR MEDİA – Azərbaycanın tanınmış yazıçısı Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanı qardaş Türkiyədə türk dilində nəşr olunub. Roman Bilge Tonyukuk Yayınları tərəfindən çap edilərək oxucuların ixtiyarına verilib.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, “Səfəvi Şeyxi” romanı Səfəvilər dövlətinin ideoloji və mənəvi əsaslarının formalaşdığı dövrü bədii dillə əks etdirir. Əsər eyni zamanda Azərbaycan dövlətçilik tarixinin mühüm səhifələrini canlandırır.

Romanın Türkiyədə nəşri təkcə müəllifin yaradıcılığı üçün deyil, həm də Azərbaycanın zəngin tarixi irsinin və ortaq türk mədəniyyətinin qardaş ölkədə tanıdılması baxımından mühüm hadisə kimi dəyərləndirilir.

Qeyd edək ki, Yunus Oğuzun tarixi romanları indiyədək müxtəlif ölkələrdə nəşr olunaraq geniş oxucu auditoriyasının marağına səbəb olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.