Press "Enter" to skip to content

Qazaxıstanlı tədqiqatçılar MEK-də

Qazaxıstanlı tədqiqatçılar MEK-də

BAYRAQDAR MEDİA – Tədqiqat işi ilə əlaqədar Azərbaycanda səfərdə olan Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetinin dissertantları İndira Janakova və Ayjan Joldasxan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olublar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “AMEA Folklor İnstitutunun böyük elmi işçisi Lalə Bədirovanın müşayiəti ilə MEK-də olan qazaxıstanlı tədqiqatçılar kitabxananın fəaliyyəti, zəngin informasiya resursları, fondları və elmi-tədqiqat imkanları ilə yaxından tanış olublar. Qonaqlara MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi, Sərgi salonu, Xarici dillərdə ədəbiyyat, Nadir kitablar fondları, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəmanların, qazilərin və Milli Qəhrəmanların xatirəsini əbədiləşdirən, kitabxana sistemində ilk və unikal olan Qarabağ müharibəsi qəhrəmanları fondu haqqında ətraflı məlumat verilib”.

Daha sonra xəbərdə, “bildirilib ki, MEK Azərbaycan elminin, milli-mədəni irsin və kitabxana-biblioqrafiya resurslarının qorunması, tədqiqatçılara təqdim edilməsi və beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində mühüm fəaliyyət həyata keçirir. Qazaxıstanlı tədqiqatçıların xüsusi maraq göstərdiyi məkanlardan biri müxtəlif ölkələrin səfirlikləri, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklər tərəfindən hədiyyə edilən qiymətli nəşrlərin yer aldığı MEK-in Diplomatik fondu olub. Burada Qazaxıstana aid xüsusi ədəbiyyat guşəsindəki nəşrlər qonaqlara nümayiş etdirilib. Görüş zamanı tədqiqatçıların elmi araşdırmalarının aparılması üçün MEK-in fond və resurslarından yararlanmasının mümkünlüyü diqqətə çatdırılıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.