Press "Enter" to skip to content

322 yeni həkimi məzun olub

Ege Universiteti

BAYRAQDAR MEDİA – Ege Universiteti Tibb Fakültəsinin 322 məzunu təntənəli mərasimdə diplomlarını alaraq həkimlik fəaliyyətinə başlayıblar.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, tədbirdə universitet rəhbərliyi çıxış edərək həkimliyin yalnız peşə deyil, həm də böyük mənəvi məsuliyyət olduğunu vurğulayıb.

Məzunlara elmə, vicdana və insan sevgisinə sadiq qalmaq tövsiyə edilib.

Mərasim diplomların təqdim olunması, həkim andının səsləndirilməsi və ənənəvi papaqatma mərasimi ilə başa çatıb.

Mission News Theme by Compete Themes.