Press "Enter" to skip to content

Asılılığa qarşı yeni layihə həyata keçirilir

Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti

BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti, Yeşilay Adana filialı və özəl sektor nümayəndələri narkotik asılılığı ilə mübarizə istiqamətində sosial məsuliyyət layihəsi həyata keçirirlər.

Bu barədə universitetdən məıumat verilib.

Bildirilib ki, “Maskanı tax, gəl, həyatını geri al” şüarı ilə başladılan layihə asılılıqla mübarizə aparan şəxslərin mühakimə olunmaq, qeydiyyata düşmək və ictimai təzyiqlə üzləşmək qorxularını azaltmağı hədəfləyir. Layihə çərçivəsində yardım almaq istəyən şəxslər üzlərini gizlədərək və şəxsiyyət məlumatlarını təqdim etmədən mütəxəssislərdən dəstək ala biləcəklər. Oktyabrın sonunda ictimaiyyətə təqdim olunması planlaşdırılan layihə çərçivəsində Adananın müxtəlif nöqtələrindən xüsusi nəqliyyat vasitələri ilə şəxslərin universitet şəhərciyindəki təhlükəsiz məkana gətirilməsi nəzərdə tutulur.

Universitet rektorunun müavini Prof. Dr. Başak Doğru Mert universitetlərin sosial problemlərə həllər təklif edən mərkəzlər olmalı olduğunu və layihəyə akademik heyət və tələbələrlə tam dəstək verdiklərini bildirib. Layihənin rəhbəri Hakan Kutevu təhsil və müalicə proseslərinin təhlükəsiz şəraitdə aparılacağını, sonrakı mərhələlərdə maddə istifadəsi ilə bağlı cinayətlərə qarışmış şəxslərin də cəmiyyətə reinteqrasiyasının hədəfləndiyini deyib. Yeşilay Adana filialının rəhbəri Dr. Yunus Emre Yıldırım isə damğalanma qorxusu olmadan müalicəyə çıxışın vacibliyini vurğulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.