Press "Enter" to skip to content

BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq

BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində “Dövlət idarəetməsində strateji kommunikasiyalar” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, ““Dövlət idarəetməsində strateji kommunikasiyalar” ixtisaslaşması dövlət qurumlarında kommunikasiya siyasətinin planlaşdırılması, ictimaiyyətlə əlaqələrin səmərəli təşkili, böhran kommunikasiyasının idarə olunması və informasiya siyasətinin həyata keçirilməsi sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasına yönəlib. Tədris proqramı çərçivəsində magistrantlar strateji kommunikasiya nəzəriyyələri, dövlət–ictimaiyyət münasibətləri, media ilə əməkdaşlıq, rəqəmsal kommunikasiya alətləri, informasiya siyasəti, reputasiya idarəçiliyi və böhran kommunikasiyası üzrə müasir nəzəri biliklərə yiyələnəcək, praktik bacarıqlar qazanacaqlar”.

Ardınca xəbərdə, “ixtisaslaşmanın əsas məqsədi dövlət idarəçiliyi sahəsində şəffaflığın artırılmasına, ictimai etimadın möhkəmləndirilməsinə və effektiv kommunikasiya strategiyalarının hazırlanmasına töhfə verə biləcək peşəkar mütəxəssislərin hazırlanmasıdır. Bu ixtisaslaşmanın məzunları dövlət qurumlarında, ictimai təşkilatlarda, media strukturlarında, kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə bölmələrdə, eləcə də digər müvafiq sahələrdə fəaliyyət göstərə biləcəklər” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.