Press "Enter" to skip to content

EN-də növbəti kollegiya iclası

EN-də növbəti kollegiya iclası

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumlarının nümayəndələrinin iştirakı ilə növbəti kollegiya iclası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “kollegiya sədri iclasın gündəliyinə əsasən EN-in qarşısında duran tapşırıqların vaxtında və səmərəli icrasının əhəmiyyətini vurğulayıb. İclas zamanı “Qaz təchizatı haqqında” 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun tətbiqindən irəli gələn tapşırıqların icra vəziyyəti haqqında hesabat təqdim edilib. Bildirilib ki, tapşırıqlardan irəli gələrək 11 normativ hüquqi akt layihəsi hazırlanıb ki, bunlardan 9-u artıq təsdiq edilib. Azərbaycanda texniki reqlament olaraq ilk dəfə “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament” qəbul edilib”.

Sonra xəbərdə, “iclasın gündəliyinə uyğun olaraq, “Azərbaycan Respublikasının enerji balansı” adlı məhdud giriş imkanlarına malik elektron məlumat bazasının yaradılması üzrə görülmüş işlər haqqında məlumat verilib. Məlumat bazasının istifadə qaydaları, statistik təhlillərin aparılması imkanları haqqında danışılıb, bazanın real vaxt rejimində izlənə bilməsinin proseslərin daha səmərəli, sürətli və şəffaf formada aparılmasını təmin etdiyi vurğulanıb. İclasın yekununda müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.