Press "Enter" to skip to content

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud abituriyent iştirak edib

Dövlət İmtahan Mərkəzi

BAYRAQDAR MEDİA – İyulun 5-də Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

DİM-dən verilən məlumata görə, imtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Məlumatda deyilir ki, hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Mission News Theme by Compete Themes.