Press "Enter" to skip to content

ADA-da 20-ci Bakı Yay Enerji Məktəbinin açılışı

ADA-da 20-ci Bakı Yay Enerji Məktəbinin açılışı

BAYRAQDAR MEDİA – 6 iyul ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD), ADA Universiteti Fondu, SOCAR, bp, GL Group, “Kolin” şirkəti və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) dəstəyi ilə 20-ci Bakı Yay Enerji Məktəbinin rəsmi açılış mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “bu il proqram “Enerji Təhlükəsizliyi və İnnovasiya” mövzusuna həsr olunub və 6–17 iyul 2026-cı il tarixlərini əhatə edəcək. Artıq 20-ci dəfə təşkil olunan Bakı Yay Enerji Məktəbi enerji təhlükəsizliyi, enerji diplomatiyası, enerji keçidi və dayanıqlı inkişaf sahələrində beynəlxalq dialoqu təşviq edən nüfuzlu platformalardan biri kimi dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, beynəlxalq təşkilatların nümayəndələrini, enerji şirkətlərinin rəhbərlərini, akademikləri və gənc mütəxəssisləri bir araya gətirib. Tədbirin açılışında ADA-nın rektoru, səfir Hafiz Paşayev, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev, bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli, energetika nazirinin müavini Prof. Elnur Soltanov, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva və “GL Group”un xarici əlaqələr və kommunikasiyalar üzrə qrup vitse-prezidenti, Prof. İlqar İbrahimli çıxış ediblər. Çıxışçılar Azərbaycanın qlobal enerji sektoruna verdiyi töhfələrdən, proqramın əhəmiyyətindən, sürətlə dəyişən geosiyasi və makroiqtisadi reallıqlardan, eləcə də iqlim dəyişikliyi ilə bağlı aktual mövzulardan bəhs ediblər. Sessiyaya ADA-nın prorektoru, Prof. Fariz İsmayılzadə moderatorluq edib”.

Daha sonra xəbərdə, “tədbir çərçivəsində ADA ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) arasında əməkdaşlığın inkişafını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. İki həftə davam edəcək proqram çərçivəsində iştirakçılar enerji bazarları və iqtisadiyyatı, geosiyasət, enerji diplomatiyası, bərpa olunan enerji, enerji maliyyələşdirilməsi, enerji keçidi və regional enerji əməkdaşlığı kimi mövzular üzrə mühazirə və panel müzakirələrində iştirak edəcəklər. Proqramın tərkib hissəsi olaraq Qarabağa təşkil olunacaq sahə səfəri zamanı iştirakçılar Ağdam, Cəbrayıl, Zəngilan və Şuşada həyata keçirilən yenidənqurma və yaşıl enerji layihələri ilə yaxından tanış olacaqlar. 20-ci Bakı Yay Enerji Məktəbi enerji sahəsində beynəlxalq bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, müxtəlif ölkələrdən olan mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsinə və gələcəyin enerji siyasətinə dair dialoqun inkişafına töhfə verməyə davam edir” deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.