Press "Enter" to skip to content

Araşdırmaçı-jurnalist təltif edilib

Araşdırmaçı-jurnalist təltif edilib

BAYRAQDAR MEDİA – İyulun 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Akademik Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatının 151 il ərzində şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olduğunu söyləyib. O, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Üzeyir Hacıbəyli, Nəsir İmanquliyev və digər görkəmli ziyalıların mətbuat ənənələrinin formalaşması və inkişafında mühüm xidmətlər göstərdiklərini qeyd edib.

Tədbirdə bir qrup media nümayəndəsi mükafatlandırılıb.

AMEA-nın əməkdaşı, həmçinin araşdırmaçı-jurnalist Elnur Eltürk də “Döş nişanı” ilə təltif olunub.

E.Eltürk diqqətə və yüksək etimada görə İ.Həbibbəyliyə və AMEA rəhbərliyinə dərin təşəkkürünü bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.