BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə birgə ikili diplom proqramı çərçivəsində məzun olan magistrantlara diplomlar təqdim edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev ikili diplom proqramının uğurla icra olunduğunu bildirib: “İki universitetin resursları və təcrübəsi əsasında yüksək keyfiyyətli təhsil almaq imkanı yaradan proqram regionda hüquq təhsili sahəsində beynəlxalq səviyyədə tanınmış mütəxəssislər yetişdirmək baxımından çox əhəmiyyətlidir. Bundan sonra da Qazax Milli Universiteti ilə olan əməkdaşlığımız təhsil və elm layihələrinin həyata keçirilməsi üçün uyğun imkanların yaradılması və əməkdaşlıq sahəsində müxtəlif fəaliyyətlərin təşkili istiqamətində genişləndiriləcək””.
Daha sonra 2025/2026-cı tədrisilində həmin ixtisaslaşma üzrə təhsilini uğurla başa vuran 9 məzuna diplomlar təqdim edilib.
Qeyd edək ki, proqram çərçivəsində bu günədək 40-dan çox tələbə məzun olub.






İlk şərhi yaza bilərsiniz