BAYRAQDAR MEDİA – Energetika nazirinin müavini Samir Vəliyev Energetika Nazirliyi (EN) yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “nazir müavini yeni formalaşmış İctimai Şuranın sayca üçüncü tərkib olduğunu qeyd edərək qarşıdakı fəaliyyət dövründə əməkdaşlığın səmərəli olacağına inamını ifadə edib. O, həmçinin Şura üzvlərinin enerji sahəsi üzrə ixtisaslaşmış ictimai birlikləri təmsil etməsinin bu əməkdaşlığın effektivliyinə mühüm töhfə verəcəyini bildirib”.
Ardınca xəbərdə, “görüş zamanı Şura üzvləri öz fəaliyyətləri, eləcə də təmsil etdikləri ictimai birliklərin əsas fəaliyyət istiqamətləri barədə məlumat veriblər. Onlar EN ilə qarşılıqlı əməkdaşlığın həm dövlət-ictimai dialoqunun inkişafına, həm də enerji sahəsində fəaliyyət göstərən ictimai birliklərin təşəbbüslərinin daha səmərəli həyata keçirilməsinə xidmət edəcəyinə əmin olduqlarını bildiriblər. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib” deyə bildirilir.
Qeyd edək ki, İctimai Şuranın 3-cü tərkibinə 5 nəfər seçilib.





İlk şərhi yaza bilərsiniz