Press "Enter" to skip to content

Psixonevroloji sosial xidmət müəssisəsinin sakinləri arasında yarış

Psixonevroloji sosial xidmət müəssisəsinin sakinləri arasında yarış

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 4 saylı Psixonevroloji sosial xidmət müəssisəsinin benefisiarları üçün minifutbol yarışı təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Agentliklə Gənclər və İdman Nazirliyinin Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışın məqsədi müəssisə sakinlərinin asudə vaxtının səmərəli təşkili, onların fiziki aktivliyinin artırılması, sağlam həyat tərzinin təşviqi və sosial inteqrasiyasına dəstək göstərilməsidir”.

Sonda qalib gələn komandaya mükafatlar təqdim edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.