Press "Enter" to skip to content

“Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsini təqdim edib

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsini təqdim edib.

Bu barədə DİM-in məlumatında qeyd edilib.

Bildirilib ki, jurnalın bu nömrəsində 2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqında elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Bu nömrədə həmçinin rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2025-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları da təqdim edilib.

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək mümkündür.

Jurnal barədə ətraflı məlumatı www.abiturient.az saytında əldə edə bilərsiniz.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.