Press "Enter" to skip to content

Iğdır Universiteti Türkiyə üzrə seçilən 10 universitetdən biri olub

BAYRAQDAR MEDİA – Iğdır Universiteti Türk Qızılayının koordinasiyası ilə həyata keçirilən Fəlakətlərin Qidalanma Qrupunun akkreditasiya prosesi çərçivəsində Türkiyə üzrə seçilən 10 universitetdən biri olub. Bu çərçivədə universitet Türkiyə Fəlakətlərə Müdaxilə Planının (TAMP) tələblərinə uyğun olaraq Fəlakətlərin Qidalanma İşçi Qrupunun üzvlüyünə qəbul edilib.

Universitetin məlumatına əsasən, bununla da ali təhsil müəssisəsi mümkün fəlakət və fövqəladə hallar zamanı institusional dəstək göstərəcək tərəfdaşlar sırasına qoşulub.

Bildirilib ki, universitet fəlakətlərin idarə olunması, strateji planlaşdırma və əməliyyat koordinasiyası sahələrində elmi potensialı və institusional imkanları ilə töhfə verəcək.

Üzvlük prosesinin başa çatmasından sonra keçirilən təqdimat proqramında universiteti baş katib Ahmet Kızılkurt təmsil edib. Tədbirdə AFAD sədri Ali Hamza Pehlivan və Türk Qızılayının sədri Prof. Dr. Fatma Meriç Yılmaz tərəfindən universitetə Fəlakətlərin Qidalanma İşçi Qrupunun üzvlük sertifikatı təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.