Press "Enter" to skip to content

Layihə uğurla davam edir

Tədbirdən foto

BAYRAQDAR MEDİA – “İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi çərçivəsində “Azad edilmiş ərazilərdə uşaqların mina təhlükəsi barədə maarifləndirilməsi” adlı layihəsini icra edir. Layihənin əsas məqsədi uşaq və gənclərin mina və partlayıcı qalıqlar təhlükəsi barədə bilik və bacarıqlarını interaktiv, oyun-əsaslı və yaradıcılıq yönümlü qeyri-formal təhsil metodları ilə artırmaq, təhlükəli ərazilərdən qorunma vərdişlərini formalaşdırmaqdan ibarətdir.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, layihə işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərində icra olunur: “Hər 3 rayon üzrə uşaq və yeniyetmələr arasında interaktiv maarifləndirmə məşgələlərinin təşkili, uşaq və yeniyetmələr arasında Cəbrayıl şəhərində isə “Təhlükəsiz oyun meydançası- idman festivalı”nın, Füzuli şəhərində rəsm müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulur. İcra planına uyğun olaraq layihənin hədəfləndiyi ərazilərdə uşaqların qeyri-formal üsullarla mina təhlükəsi barədə maarifləndirilməsi ilə bağlı dövlət orqanlarında, gənclər və idman sektorlarında, uşaq yaradıcılıq və inkişaf mərkəzlərində, təhsil müəssisələrində fərdi və işgüzar müzakirələr aparılıb, layihə komandası müvafiq təlimlərə cəlb olunub. Müzakirələr icmalarda uşaqların mina və partlamamış hərbi sursatlar təhlükəsi ilə mövcud durumu qiymətləndirməyə və məlumatlılıq səviyyəsini ölçməyə və gələcək fəaliyyətləri müəyyən etməyə imkan vermişdir. Bunun nəticəsində uşaqların qeyri-formal üsullarla mina təhlükəsi barədə maarifləndirilməsi ilə bağlı təlim materialları və buklet hazırlanmışdır. Buklet və maarifləndirici materiallar maarifləndirmə tədbirləri, rəsm müsabiqəsi və idman festivalı zamanı iştirakçılara və digər uşaq və yeniyetmələrə paylanacaqdır”.

Məlumatda deyilir ki, fəaliyyət planına uyğun olaraq, növbəti ay ərzində Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərində uşaq və yeniyetmələr arasında interaktiv maarifləndirmə məşgələlərinin təşkili, Cəbrayıl şəhərində “Təhlükəsiz oyun meydançası-idman festivalı”nın və Füzuli şəhərində uşaq və yeniyetmələrin iştirakı ilə rəsm müsabiqəsinin keçirilməsi nəzərdə tutulur: “Tədbirlər zamanı idman və incəsənət vasitəsilə uşaqlar mina və müharibənin partlamamış qalıqları və təhlükəsi haqqında düşüncələrini və əldə etdikəri bilikləri həmyaşıdlarına, ailələrinə, böyüklərə və ümumulikdə ictimaiyyətə çatdıracaqdır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.