BAYRAQDAR MEDİA – KKTC-də Rəsmi Qəzetdə dərc olunan qərarlara əsasən, Türkiyənin Milli Təhsil Nazirliyində və Doğu Akdeniz Universitetinin (DAÜ) Vəqf İdarə Heyətində yeni kadr dəyişiklikləri həyata keçirilib.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.
Məlumata görə, nazirliyin aparat rəhbəri Lütfü Oflaz vəzifəsindən azad edilərək onun yerinə Duyğu Hızal təyin olunub. Lütfü Oflaz isə Ümumi Orta Təhsil İdarəsinin müdiri vəzifəsinə gətirilib, Təlim və Tərbiyə İdarəsinin rəhbərliyi isə Nihat Ekizoğluna həvalə olunub. Dəyişikliklər iyulun 25-dən qüvvəyə minib.
Məlumata əsasən, DAÜ-nün Vəqf İdarə Heyətində də dəyişiklik edilib. Səlahiyyət müddəti başa çatan Özdinç Akdel yenidən idarə heyətinin üzvü təyin olunub. Səhhətində yaranan problemlər səbəbindən vəzifəsindən ayrılan Aytunç Şirketin yerinə isə qalan müddəti başa vurmaq üçün Lütfü Oflaz təyin edilib.
Bu təyinatlar Nazirlər Kabinetinin təqdimatı əsasında Prezident tərəfindən təsdiqlənib.






İlk şərhi yaza bilərsiniz