BAYRAQDAR MEDİA – Türkiyənin Marmara Universiteti ilə Azərbaycanın Mingəçevir Dövlət Universiteti arasında təhsil, elm və akademik sahələrdə əməkdaşlığa dair protokol imzalanıb.
Bu barədə Marmara Universitetinin məlumatında qeyd edilib.
Məlumata görə, sənəd akademik və inzibati heyətin, həmçinin bakalavr və magistratura səviyyəsində tələbələrin mübadiləsini, birgə elmi-tədqiqat layihələrinin və müxtəlif akademik fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur. Əməkdaşlıq proqramları tərəflərin qarşılıqlı razılığı əsasında və hər iki ölkənin qanunvericiliyinə uyğun şəkildə icra olunacaq.
Protokola əsasən tələbə mübadiləsi bir semestr müddətində aparılacaq və proqram iştirakçıları təhsil aldıqları qəbul edən universitetdə təhsil haqqı ödəməyəcəklər.






İlk şərhi yaza bilərsiniz