BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Sumqayıt Sosial Xidmət Kabinetinin benefisiarları üçün açıq havada master-klass təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “kabinetin sosial reabilitasiya xidmətlərindən yararlanan əlilliyi olan uşaqlar və onların valideynlərinin iştirak etdiyi tədbirin məqsədi sosial inklüzivliyin gücləndirilməsi, həssas əhali qruplarından olan şəxslərin sosial reabilitasiyası və asudə vaxtının səmərəli təşkilidir. Uşaqların sosial bacarıqlarının inkişafı və ətraf mühitlə yaxından tanışlığı üçün rəngləmə, müxtəlif interaktiv oyunlar, musiqili çıxışlar, komanda oyunları, həmçinin peşəkar animatorların təqdimatında rəngarəng şou-proqram təşkil edilib”.
İştirakçıların ünsiyyət bacarıqlarının, kollektiv fəaliyyət vərdişlərinin və özünəinamının inkişafını hədəfləyən tədbir rəngarəng görüntülərlə yadda qalıb.





İlk şərhi yaza bilərsiniz