Press "Enter" to skip to content

Taxıl biçininin yekun mərhələsi

Taxıl biçininin yekun mərhələsi

BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 27-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 92 faizində biçin başa çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “mövsüm ərzində 883 min 995 hektar sahədə biçin aparılıb, bu sahələrdən 3 milyon 038 min 467 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,4 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 sent/ha çoxdur. İndiyədək mexanizatorlar tərəfindən 404 min 326 hektar buğda, 479 min 669 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 milyon 491 min 990 ton buğda, 1 milyon 546 min 477 ton arpa yığılıb. Buğda sahələrinin 88 faizində, arpa sahələrinin isə 95,6 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,9 sent/ha, arpa üzrə isə 32,2 sent/ha təşkil edir”.

Sonra xəbərdə, “artıq 20 rayonda – Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Naftalan, Göyçay, Kəlbəcər, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Sabirabad, Salyan, Siyəzən, Şuşa, Tərtər, Ucar və Yevlaxda biçin tam yekunlaşıb, respublikanın 22 rayonunda – Ağdam, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Şabran, Füzuli, Goranboy, Xaçmaz, İmişli, İsmayıllı, Qax, Qazax, Qəbələ, Oğuz, Saatlı, Samux, Şəki, Yardımlı, Zaqatala və Zərdab rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir. Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır” deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.