Press "Enter" to skip to content

Torpaqların konsolidasiyası üzrə Türkiyə təcrübəsi öyrənilir

Torpaqların konsolidasiyası üzrə Türkiyə təcrübəsi öyrənilir

BAYRAQDAR MEDİA – Prezidentin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihə olaraq tətbiq edilməsi üzrə tədbirin icrası çərçivəsində Dünya Bankı ilə birgə Qəbələ və Salyan rayonlarında torpaqların konsolidasiyası üzrə iki pilot layihənin həyata keçirilməsi nəzərdə tutulub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “pilot layihələrin həyata keçirilməsində Türkiyə təcrübəsinin öyrənilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Su İşləri İdarəsinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub. Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Nazirliyin mütəxəssisləri ilə birlikdə Qəbələ və Salyan rayonlarında pilot layihələrin həyata keçiriləcəyi ərazilərə baxış keçiriblər. Ərazidə aparılan müşahidələr zamanı torpaq sahələrinin mövcud vəziyyəti, suvarma infrastrukturu və yerli şərait qiymətləndirilib. Həmçinin yerli icra hakimiyyətlərinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb”.

Daha sonra xəbərdə, “sahələrdə aparılan ilkin təhlillər nəticəsində Qəbələ və Salyanda müəyyən edilmiş ərazilərin Azərbaycanda ilk dəfə həyata keçiriləcək torpaq konsolidasiyası layihələrinin icrası üçün əlverişli olduğu qeyd edilib. Türkiyə təcrübəsi əsasında layihələrin həyata keçirilməsi ilə bağlı KTN-in mütəxəssisləri ilə birgə ilkin yol xəritəsi hazırlanaraq müzakirə olunub. Həyata keçirilən əməkdaşlıq torpaqların konsolidasiyası sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, pilot layihələrin uğurla icrasına, eləcə də Azərbaycan və Türkiyə arasında aqrar sahədə tərəfdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.