BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövrdə qurum tərəfindən həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 913 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışına nail olunub.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələrə sosial dəstək tədbirlərini özündə əks etdirən ailə inkişaf planları tərtib edilir. Bu plan əsasında müvafiq istiqamətlər üzrə ailələrin gücləndirilməsi üçün dəstək göstərilir.
Qeyd olunub ki, uşaqlar ailə himayəsinə qaytarıldıqdan sonra onların ailədə ümumi vəziyyətlərinin öyrənilməsi üçün əlavə olaraq monitorinqlər həyata keçirilir.
Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də agentlik tərəfindən sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. Ötən dövrdə 1019 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.






İlk şərhi yaza bilərsiniz