BAYRAQDAR MEDİA – 28 iyul oğlanlardan ibarət U-18 Azərbaycan millisi Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatı B divizionunda növbəti qrup oyununu Portuqaliya seçməsinə qarşı keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Basketbol Federasiyasından daxil olub.
Xəbərdə deyilir ki, “Azərbaycan millisi oyunun ilk hissəsində rəqibə məğlub olsa da, ikinci hissədə geridönüş edərək 52:50 hesablı qələbə qazanıb. Görüşün ən dəyərli basketbolçusu (MVP) 18 xal, 12 ribaundla millinin üzvü Emanuel Aqbason seçilib. Milli 2 qələbə, 2 məğlubiyyətlə qrupda 3-cü sırada qərarlaşıb”.
Qeyd edək ki, Azərbaycam yığması qrupda sonuncu oyununu 29 iyul Bakı vaxtı ilə saat 20:00-da Çexiya seçməsinə qarşı keçirəcək.






İlk şərhi yaza bilərsiniz