BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) 45 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanaraq nüfuzlu universitetlərdə magistratura və doktorantura təhsili alacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-bu mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “2026/2027-ci tədris ili üçün xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistratura səviyyəsində 353 nəfərdən 40-ı, doktorantura səviyyəsində isə təhsil almaq hüququ qazanan 22 nəfərdən 5-i BDU məzunudur. Onlardan 22-si Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, 14-ü Amerika Birləşmiş Ştatları, 4-ü Avstraliya İttifaqı, 2-si Sinqapur, 1-i Almaniya, 1-i İtaliya, 1-i isə İspaniya Krallığının məşhur universitetlərində təhsil alacaq”.
Ardınca xəbərdə, “2027-ci il üzrə QS dünya reytinqinə əsasən məzunların 8-i ilk onluqda, 13-i ilk iyirmilikdə, 36 nəfəri isə ilk yüzlükdə qərarlaşan ali təhsil müəssisələrində təhsillərini davam etdirəcək. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz