BAYRAQDAR MEDİA – Abşeron və Bakının bir sıra ərazilərində iki gün su olmayacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir: “Abşeron rayonu, Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələrinin, Corat bağ massivinin, Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh, Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti bitmiş qəzalı xəttin bir hissəsinin yenisi ilə əvəz olunması işləri çərçivəsində 28.07.2026-cı il tarixi səhər saatlarından 30.07.2026-cı il tarixi günorta saatlarınadək su təminatında fasilə yaranacaq. Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik”.






İlk şərhi yaza bilərsiniz