BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları üçün “Daxilimdəki dəniz” adlı yaradıcı plener təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “dəniz sahilində təşkil edilən plenerin məqsədi iştirakçıların daxili hiss və duyğularını incəsənət vasitəsilə ifadə etmələrinə imkan yaratmaq, onların yaradıcılıq potensialını üzə çıxarmaq və sosial reabilitasiyasını dəstəkləmək olub. Tədbir çərçivəsində benefisiarlar öz hisslərini, arzularını, xatirələrini və daxili aləmlərini rənglərin dili ilə kətan üzərinə köçürüblər. Yaradıcılıq prosesindən sonra iştirakçılar arzularını kağızlar vasitəsilə simvolik olaraq dənizə ünvanlayıblar. Sonra gənclər birlikdə maraqlı vaxt keçirmək, faydalı müzakirələr etmək imkanı əldə ediblər”.
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını gücləndirən, onların özünəinamının artırılmasına, emosional inkişafına mühüm töhfə verən bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.





İlk şərhi yaza bilərsiniz