BAYRAQDAR MEDİA – Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 7–9 avqust tarixlərində Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə ölkə çempionatı və kuboku keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Federasiyadan daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “ilin ən mühüm idman yarışlarından biri olan çempionatda 50-yə yaxın idmançı ölkənin ən güclüsü adı uğrunda gərgin mübarizə aparacaq. İdmançılar U15 kateqoriyasında 40 metr, U18 kateqoriyasında 60 metr, böyüklər arasında isə 70 metr məsafədən hədəfi dəqiq vurmaq üçün bacarıqlarını nümayiş etdirəcəklər. Proqrama əsasən 7 avqust tarixində idmançıların sınaq atışları və məşqləri keçiriləcək, 8 avqustda əsas təsnifat və seçmə yarış mərhələləri baş tutacaq, 9 avqust tarixində isə final görüşləri ilə qaliblər müəyyənləşəcək”.
Yarışın yekununda fərqlənən və fəxri kürsüyə yüksələn idmançılar müvafiq medallar, diplomlar və Kamandan Oxatma Federasiyası tərəfindən xüsusi mükafatlarla təltif olunacaqlar.






İlk şərhi yaza bilərsiniz