BAYRAQDAR MEDİA – 2026/2027-ci tədris ili üzrə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında 99 balla respublika birincisi olan Cəmilə Yusifovanın seçimi Azərbaycan Texniki Universiteti (AzTU) olub. O, ixtisas seçimi zamanı kodlaşdırmada yalnız AzTU-nun kibertəhlükəsizlik ixtisasını seçib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AzTU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “AzTU-nun rektoru Vilayət Vəliyev Cəmilə Yusifova ilə görüşüb. Tələbəyə uğurlar arzulayan rektor AzTU-nun Kibertəhlükəsizlik kafedrasının fəaliyyətindən, həmçinin kibertəhlükəsizlik sahəsində görülən işlər və həyata keçirilən yeniliklərdən danışıb. Öz növbəsində C.Yusifova qeyd edib ki, respublika birincisi olmaq onun ən böyük hədəflərindən olub. Daha sonra o, kibertəhlükəsizlik istiqamətində kadr hazırlığı həyata keçirən universitetlərin fəaliyyətini araşdırıb və AzTU-da təhsil almaq qərarını verib”.
Qeyd edək ki, C.Yusifova Prezident təqaüdçüsüdür.






İlk şərhi yaza bilərsiniz