Press "Enter" to skip to content

Musiqili Teatrın direktoru Portuqaliyada beynəlxalq festivalda

Musiqili Teatrın direktoru Portuqaliyada beynəlxalq festivalda

BAYRAQDAR MEDİA – 18-25 iyul tarixlərində Portuqaliyanın Braqa, Maia, Barcelos və Fafe şəhərlərində dünyanın tanınmış teatr xadimlərini, yaradıcı kollektivləri və mədəniyyət rəhbərlərini bir araya gətirən V Beynəlxalq Teatr Festivalı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Portuqaliya, İspaniya, İtaliya, Ukrayna və Moldova daxil olmaqla, ümumilikdə 10 ölkədən 80-dən çox teatr mütəxəssisinin qatıldığı, 14 tamaşanın nümayiş olunduğu beynəlxalq tədbirdə Musiqili Teatrının direktoru Aqil Bəhramlı jüri qismində iştirak edib. Direktor festival çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafına həsr olunmuş tədbir və panel müzakirələrdə iştirak edərək bir sıra ölkələrin teatr rəhbərləri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi və gələcək birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıb”.

Sonra xəbərdə, “A.Bəhramlı həmçinin Avrasiya Teatrlar Assosiasiyası (ETA) təsisçilərinin iclasında da iştirak edib. Bildirək ki, beynəlxalq teatr dialoqunun inkişafına mühüm töhfə verən V Beynəlxalq Teatr Festivalı 45 illik yubileyini qeyd edən “Teatro Circo”nun təşkilatçılığı, Portuqaliya Mədəniyyət Nazirliyi, “DGArtes”, yerli bələdiyyələr və Avrasiya Teatrlar Assosiasiyasının tərəfdaşlığı ilə reallaşıb” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.