BAYRAQDAR MEDİA – İstanbul Universitetinin 573 illik elm və təhsil ənənəsini, müasir akademik strukturunu və tələbələrə təqdim etdiyi imkanları özündə əks etdirən 2026-cı il Tanıtım Kitabçası nəşr edilib. Kitabça “Perspektiv 2053” baxışı və “Açıq Qapı, Açıq Elm” konsepsiyası əsasında hazırlanıb.
Universitinin yaydığı məlumatda qeyd edilib ki, nəşrdə fakültələr, təhsil proqramları, elmi-tədqiqat imkanları, beynəlxalq əməkdaşlıq, tələbə dəstəyi, kampus həyatı və məzunların karyera perspektivləri barədə ətraflı məlumat yer alır. Abituriyentlər və onların ailələri universiteti daha yaxından tanımaq və seçim prosesində faydalı məlumat əldə etmək üçün kitabçadan istifadə edə bilərlər.






İlk şərhi yaza bilərsiniz