Press "Enter" to skip to content

AFFA-nın baş katibi çimərlik futbolu üzrə milli komanda üzvləri ilə görüşüb

AFFA-nın baş katibi çimərlik futbolu üzrə milli komanda üzvləri ilə görüşüb

BAYRAQDAR MEDİA – Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Cahangir Fərəcullayev Gürcüstanın Batumi şəhərində keçirilən çimərlik futbolu üzrə Avropa çempionatının (EBSL) B Liqasının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AFFA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, milli komandanın məşqçi heyəti və futbolçuları iştirak ediblər. C.Fərəcullayev komandanı B Liqasının qalibi olması və A Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib. Baş katib milliyə Avropanın ən güclü komandalarının mübarizə apardığı A Liqasında uğurlar arzulayıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.