Press "Enter" to skip to content

Azərbaycanlı bocciaçı Misirdə qalib gəlib

Azərbaycanlı bocciaçı Misirdə qalib gəlib

BAYRAQDAR MEDİA – Azərbaycanın boccia üzrə milli komandasının üzvü Sona Ağayeva Misirin paytaxtı Qahirədə keçirilən Çellencer turnirində qızıl medal qazanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boccia İdman Federasiyasından daxil olub.

Xəbərdə qeyd edilir ki, “BC2 kateqoriyasında mübarizə aparan paralimpiyaçı S.Ağayeva həlledici görüşlərdə Portuqaliya təmsilçisi Monica Costa və Yeni Zelandiya idmançısı Chloe Sturt üzərində qələbə qazanaraq Çellencer turnirinin qızıl medalına sahib çıxıb”.

Qeyd edək ki, Qahirədə təşkil olunan Çellencer turniri Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına vəsiqə uğrunda reytinq xalları qazandırır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.