Press "Enter" to skip to content

DİM sorğu keçirir

Dövlət İmtahan Mərkəzi

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi 24 may, 7 iyun, 5 iyul və 12 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarından sonra iştirakçıların imtahan təcrübəsinin öyrənilməsi məqsədilə onlayn sorğu keçirir.

Bu barədə DİM-in məlumatında qeyd edilib.

Bildirilib ki, sorğunun linki hər bir abituriyentin imtahan nəticəsi ilə bağlı səhifəsinə yerləşdirilib: “Bütün imtahan iştirakçılarını sorğuda fəal iştirak etməyə dəvət edirik. Sorğunun keçirilməsində əsas məqsəd imtahan prosesi ilə bağlı iştirakçıların fikirlərini öyrənmək və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir. Əldə olunacaq nəticələr imtahanların təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində istifadə olunacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.