Press "Enter" to skip to content

Reyestrdə mövcud olan standartların sayı artıb

BAYRAQDAR MEDİA – Peşə və kvalifikasiya standartları işçinin müvafiq peşə və ixtisas üzrə yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu standartlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır: “Dövlət orqanları və təşkilatlar, hüquqi və fiziki şəxslər, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəlikləriəmək bazarının tələblərinə uyğun olaraq müvafiq standartın hazırlanmasıvə ya yenidən hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər”.
Müvafiq qaydada hazırlanmış standart Nazirliyin Kollegiyasında təsdiq olunduqdan sonra qüvvəyə minir və

Peşə və Kvalifikasiya Standartlarının Reyestrinə (Reyestr) yerləşdirilir. Cari ilin I yarımilində əmək bazarında prioritet peşələr üzrə daha 138 peşə və kvalifikasiya standartı təsdiq edilərək Reyestrə daxil edilib. Bununla da Reyestrdə mövcud olan standartların sayı 1700-ə çatıb.

Qeyd edək ki, cari ildə 166 peşəüzrə 332 peşə və kvalifikasiya standartının hazırlanması və yenilənməsi ilə bağlı işlər aparılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.