BAYRAQDAR MEDİA – Atatürk Universiteti beynəlmiləlləşmə strategiyası çərçivəsində Livan və Gürcüstandan gələn akademik nümayəndə heyətini qəbul edib. Görüşdə təhsil, tədqiqat və səhiyyə sahələrində birgə layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi, eləcə də elmi əməkdaşlıq imkanları müzakirə olunub.
Universitetin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlu beynəlxalq tərəfdaşlıqların ali təhsilin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Qonaq heyət həmçinin universitetin Tibb fakültəsində olub, təhsil və elmi infrastrukturla tanış olub.
Tərəflər gələcəkdə birgə layihələrin genişləndirilməsi istiqamətində əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını bildiriblər.






İlk şərhi yaza bilərsiniz