Press "Enter" to skip to content

Dövlət Xidmətinin rəisi vətəndaşqəbulu keçirib

Qəbul zamanı

BAYRAQDAR MEDİA – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov iyulun29-da Xidmətin Goranboy rayon şöbəsinin inzibati binasında Goranboy, Gəncə, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib: “Qəbulda 2 şəhid ailəsi və 4 müharibə iştirakçısı olmaqla 28 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, tibbi şəhadətləndirməvə s. məsələlərlə bağlı müraciət ediblər. Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib”.

Məlumata görə, vtəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.