Press "Enter" to skip to content

AQC-nin iştirakı sadəcə formal xarakter daşımır

BAYRAQDAR MEDİA – “Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların proqram və suallarının hazırlanmasında AQC-nin iştirakı sadəcə formal xarakter daşımır, məzmunu və keyfiyyət standartlarını doğrudan da biz müəyyən edirik. Çünki sahənin dərinliklərinə, praktiki incəliklərinə və Beynəlxalq Qiymətləndirmə Standartlarına (IVS) ən hakim qurum Cəmiyyətimizdir”.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyev media-ya müsahibəsində deyib.

O qeyd edib ki, suallar namizədlərin sırf hafizəsini deyil, analitik təfəkkürünü və etik prinsiplərə riayət etmə bacarığını ölçür: “Biz bazara yüksək ixtisaslı kadrların daxil olmasında əsas filtr rolunu oynayırıq və bu standarta xələl gəlməsinə yol verə bilmərik”.

Sədr müavini AQC tərəfindən təşkil edilən hazırlıq kurslarının fərqləndiyini də deyib: “Bizim fərqimiz nəticəyönümlü və sistemli yanaşmamızdadır. İmtahana hazırlıq kursları çox ola bilər, lakin həqiqi peşəkar qiymətləndirici formalaşdıran mühit məhz AQC-dədir. Proqramlarımız sadəcə nəzəriyyədən ibarət deyil. İştirakçılar daşınmaz əmlak, biznes, avadanlıqlar və investisiya layihələrinin real hesabatları üzərində işləyirlər. Təlimləri sahənin ən təcrübəli ekspertləri keçir. Ən başlıcası isə, AQC öz məzunlarını kursdan sonra da tək qoymur, onlara daimi elmi-metodoloji dəstək göstərir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.