Press "Enter" to skip to content

Mehmet Saltan Óbuda Universitetində olub

Görüş zamanı

BAYRAQDAR MEDİA – Türkiyənin Süleyman Demirel Universitetinin rektoru Prof. Dr. Mehmet Saltan Macarıstanın Türk Dövlətləri Təşkilatı Universitetlər Birliyinin (TÜRKÜNİB) üzvü olan Óbuda Universitetinə səfər edib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, görüşdə iki universitet arasında akademik əməkdaşlıq, tələbə və müəllim mübadiləsi, eləcə də birgə elmi layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Tərəflər mövcud əlaqələrin daha da inkişaf etdirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.