BAYRAQDAR MEDİA – Abituriyentlərin ixtisas seçimi prosesində düzgün qərar vermələrinə dəstək məqsədi ilə Qarabağ Universiteti (QU) Microsoft Teams platformasında fakültələr üzrə silsilə maarifləndirici vebinarlar təşkil edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Universitetin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “vebinarlar zamanı universitetin akademik heyətinin nümayəndələri ixtisaslar, tədris proqramları, təhsil imkanları və məzunların karyera perspektivləri barədə ətraflı məlumat verəcək, eyni zamanda, iştirakçıların suallarını cavablandıracaqlar. Vebinarların qrafiki:
31 iyul, saat 10:00 – Tibb və Sağlamlıq elmləri fakültəsi
1 avqust, saat 10:00 – Mühəndislik, Təbiət elmləri, Riyaziyyat və Kompüter elmləri fakültəsi
3 avqust, saat 10:00 – Biznes və İqtisadiyyat fakültəsi
4 avqust, saat 10:00 – Humanitar və Sosial elmlər fakültəsi
5 avqust, saat 10:00 – Pedaqoji fakültə
6 avqust, saat 10:00 – İncəsənət fakültəsi.
Bütün vebinarlar Microsoft Teams platformasında keçiriləcək”.
Daha sonra xəbərdə, “iştirak etmək istəyən abituriyentlər QU-nun rəsmi sosial media hesablarında paylaşılmış QR kod vasitəsilə və ya linkə keçid edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçən iştirakçılara vebinara qoşulmaq üçün Teams keçidi elektron poçt vasitəsilə göndəriləcək” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz