Press "Enter" to skip to content

“Ana dilimizi qorumaq hər birimizin borcudur”

Pərvanə Vəliyeva

BAYRAQDAR MEDİA – “Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və xarici dillərin təsiri fonunda Azərbaycan dilinin saflığının qorunması daha da aktuallaşıb. Prezident İlham Əliyev bu barədə deyib: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”. Bu çağırış yalnız dövlət qurumlarına deyil, bütün cəmiyyətə ünvanlanmış məsuliyyət mesajıdır. Alimlər, müəllimlər, jurnalistlər, yazıçılar, media nümayəndələri, dövlət qulluqçuları və xüsusilə gənclər Azərbaycan dilinin normalarına əməl etməli, onu yad təsirlərdən qorumalı və düzgün şəkildə istifadə etməlidirlər”.

Bunu BAYRAQDAR MEDİA-ya Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan dili əsrlər boyu xalqın milli varlığını qoruyub saxlayıb, müstəqillik dövründə isə dövlətçiliyin əsas sütunlarından birinə çevrilib: “Bu gün Azərbaycan dili beynəlxalq aləmdə tanınan, zəngin lüğət ehtiyatına və yüksək ifadə imkanlarına malik müasir dillərdən biridir. Ana dilimizi qorumaq, onun saflığını təmin etmək, zənginliyini gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur. Xarici dilləri öyrənmək müasir dünyanın tələbidir, lakin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin”. Azərbaycan dilinə sevgi və hörmət milli kimliyimizə, dövlətçiliyimizə və gələcəyimizə hörmət deməkdir. Dilimizi yaşatmaq isə Azərbaycanı yaşatmaq deməkdir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.