Press "Enter" to skip to content

Bakıda 5-ci beynəlxalq “Black and Caspian freight forum 2026” keçiriləcək

BAYRAQDAR MEDİA – 7–9 sentyabr 2026-cı il tarixlərində “Four Seasons Hotel Baku” mehmanxanasında 5-ci Beynəlxalq “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” konfrans və sərgisi olacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) məlumat verilib.

Bildirilib ki, tədbir Asiya, Xəzər dənizi, Qara dəniz regionu və Avropa arasında nəqliyyat infrastrukturunun və yük axınlarının idarə olunmasında aparıcı rol oynayan tərəfləri bir araya gətirəcək. Forumda 20-dən çox ölkədən 100-dən artıq şirkəti təmsil edən 150-dən çox nümayəndənin — dəniz limanları, gəmiçilik və dəmir yolu operatorları, ekspeditorlar, yük sahibləri, eləcə də beynəlxalq maliyyə institutları və dövlət qurumlarının iştirakı gözlənilir.

Foruma daxildir: Konfrans və Sərgi: Orta Dəhliz (TITR), Zəngəzur dəhlizi (TRIPP), limanların modernləşdirilməsi, rəqəmsallaşma və investisiya imkanlarının (EBRD, ADB, EU Global Gateway və s.) müzakirəsi; B2B Görüşlər: Yeni biznes əlaqələrinin və tərəfdaşlıqların qurulması; Texniki Səfər: Regional logistika mərkəzinə tanışlıq viziti. Tədbir ingilis və rus dillərində sinxron tərcümə ilə həyata keçiriləcək.
Təşkilatçı “RDL Group” şirkəti maraqlı tərəfləri sponsorluq, sərgi iştirakçılığı və informasiya tərəfdaşlığı çərçivəsində əməkdaşlığa dəvət edir.

Ətraflı məlumat və qeydiyyat üçün: www.rdl.group

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.