Press "Enter" to skip to content

Şəkidə “Yay məktəbi”

Şəkidə "Yay məktəbi"

BAYRAQDAR MEDİA – 3-5 avqust tarixlərində Şəki şəhər Uşaq İncəsənət Məktəbində 9-15 yaşlı uşaqlar üçün “Yay məktəbi” layihəsi həyata keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “layihənin məqsədi uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların incəsənətə marağının artırılması, rəqəmsal və bədii bacarıqlarının təkmilləşdirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkili üçün yaradıcı və öyrədici mühitin formalaşdırılmasıdır. Proqram çərçivəsində iştirakçılar rəqəmsal bacarıqlar, fortepiano, rəssamlıq, heykəltaraşlıq, ədəbiyyat və rəqs istiqamətləri üzrə ustad dərslərinə qatılacaq, açıq havada yaradıcı oyunlara qoşulacaq və layihə müddətində hazırladıqları işlərini sərgidə nümayiş etdirəcəklər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.