Press "Enter" to skip to content

AQTA sədri süd emalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

AQTA sədri süd emalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Xırman” MMC-yə məxsus “Qaymaq” əmtəə nişanlı süd və süd məhsullarının emalı müəssisəsində olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “müəssisədə emal prosesinin müxtəlif mərhələləri, tətbiq olunan texnologiyalar, sanitariya-gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə uyğunluğun təmin olunması istiqamətində görülən işlərlə tanış olan Agentlik sədri məhsulların laborator analizlərinin həyata keçirildiyi laboratoriyaya da baxış keçirib”.

Ardınca xəbərdə, “AQTA sədri müəssisədə qida təhlükəsizliyi sistemlərinin davamlı təkmilləşdirilməsinin, emal proseslərində yüksək keyfiyyət standartlarının qorunmasının və istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin edilməsinin əhəmiyyətini vurğulayıb” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.