Press "Enter" to skip to content

Avqustun 2-də dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il avqustun 2-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün 1125 namizəd qeydiyyatdan keçib.

Namizədlər bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

İmtahan iki növbədə təşkil olunur. Birinci növbə imtahan saat 10:00-da, ikinci növbə isə 16:00-da başlayacaq. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahanların keçirilməsi üçün 12 zal admini, 73 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı ayrılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.