Press "Enter" to skip to content

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı tədbir

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı tədbir

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibəti ilə “Əlifbadan Zəfərə: Ana Dili İrsimiz” adlı tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbiri MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov giriş nitqi ilə açaraq Azərbaycan dilinin xalqın milli varlığının, mənəvi sərvətinin və müstəqilliyinin başlıca rəmzi olduğunu bildirib. O, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilməsinin dövlətin ana dilinə verdiyi ali dəyərin təzahürü olduğunu diqqətə çatdırıb. Direktor AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı Prezident İlham Əliyevin nitqini xatırladaraq Azərbaycan dilinin inkişafına dair prioritet hədəflərini müəyyənləşdirdiyini və bu istiqamətdə Akademiyada ardıcıl işlərin görüldüyünü diqqətə çatdırıb”.

Sonra xəbərdə, “tədbirdə çıxış edən Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov dövlət dilinin yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda milli təfəkkürün və suverenliyin başlıca təzahürü olduğunu vurğulayıb. Millət vəkili qanunvericilik müstəvisində dövlət dilinin tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində atılan addımlardan söz açaraq hər bir ziyalının və vətəndaşın bu prosesə öz töhfəsini verməli olduğunu bildirib. G.Qəhrəmanov əlavə edib ki, müasir dövrdə rəqəmsal məkanda və sosial platformalarda Azərbaycan dilinin düzgün tətbiqi, onun saflığının gözlənilməsi xüsusi diqqət tələb edən vacib məsələlərdəndir. Daha sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, Prof. Nadir Məmmədli Azərbaycan dilinin inkişaf tarixi, dövlət dili siyasəti və müasir dövrdə qarşıda duran vəzifələrə həsr olunmuş məruzə ilə çıxış edib. O, Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan, zəngin ədəbi dil ənənələrindən və dövlət dili kimi formalaşması prosesindən bəhs edərək ana dilinin xalqın milli kimliyinin, mədəni irsinin və mənəvi dəyərlərinin əsas daşıyıcısı olduğunu vurğulayıb” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.