BAYRAQDAR MEDİA – Doğu Akdeniz Universitetinin (DAÜ) professoru Huriye İcil və tədqiqat qrupu Yunanıstanın Afina şəhərində keçirilən HYPE26 beynəlxalq konfransında perovskit günəş batareyələri ilə bağlı elmi araşdırmalarını təqdim ediblər.
Tədqiqat qrupu tərəfindən hazırlanan elmi iş konfransın Elmi Komitəsi tərəfindən şifahi məruzə üçün qəbul olunub. Araşdırmada yeni əlavələrin və istehsal üsullarının perovskit günəş batareyələrinin səmərəliliyinə təsiri öyrənilib.
Əldə olunan nəticələrin bərpa olunan enerji texnologiyalarının inkişafına mühüm töhfə verəcəyi bildirilib.
Konfrans həmçinin yeni beynəlxalq elmi əməkdaşlıqların qurulması üçün mühüm platforma kimi qiymətləndirilib.






İlk şərhi yaza bilərsiniz