Press "Enter" to skip to content

Əlilliyi olan gənclər üçün qrup terapiyası

Əlilliyi olan gənclər üçün qrup terapiyası

BAYRAQDAR MEDİA – Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları üçün 30 iyul – Beynəlxalq Dostluq Gününə həsr olunan “Dostluq, birlik və həmrəyliyin təməli” adlı qrup terapiyası təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Sosial Xidmətlər Agentliyinin (SXA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirin məqsədi benefisiarlar arasında sağlam ünsiyyətin, qarşılıqlı hörmət və etimadın formalaşdırılması, sosial və kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi, eləcə də dostluq və həmrəylik dəyərlərinin təşviq olunması olub. Qrup terapiyası zamanı iştirakçılar müxtəlif psixoloji oyunlar, interaktiv məşğələlər və müzakirələrdə iştirak ediblər. Təşkil olunan oyunlar vasitəsilə benefisiarların dinləmək, əməkdaşlıq etmək, qarşılıqlı dəstək göstərmək və fikirlərini sərbəst ifadə etmək bacarıqları inkişaf etdirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.