Press "Enter" to skip to content

Layihə çərçivəsində daha bir tədbir keçirilib

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslərdə qadınların fəallığının gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbir Quba rayonunda olub.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, iyulun 28-də keçirilən dəyirmi masa “Qadınların ictimai iştirakçılıq proseslərində fəallığının artırılması və ictimai nəzarət mexanizmlərinin tətbiqi” mövzusuna həsr olunub.

Tədbirdə rayonun fəal qadınları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəyirmi masada çıxış edən ekspertlər bildiriblər ki, vətəndaşların, xüsusilə qadınların ictimai iştirakçılıq proseslərinə cəlb olunması demokratik idarəetmənin vacib elementlərindən biridir.

Bu baxımdan, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi imkanlarının geniş izah olunması, ictimai nəzarət mexanizmlərinin praktiki istifadəsinin təşviqi və qadınların qərar qəbuletmə proseslərində iştirakının artırılması mühüm əhəmiyyət daşıyır.

Müzakirələr zamanı iştirakçılar ictimai şuraların fəaliyyəti, ictimai dinləmələr, ictimai müzakirələr, monitorinq təşəbbüsləri və vətəndaş iştirakçılığının digər formaları barədə fikir mübadiləsi aparıblar. Həmçinin dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mövcud imkanlar və çağırışlar ətrafında müzakirələr keçirilib.

Tədbirin praktik hissəsində “Real problemlərin xəritəsi” hazırlanıb.

Tədbirdə vurğulanıb ki, qadınların ictimai nəzarət təşəbbüslərində daha fəal iştirakı yerli problemlərin vaxtında müəyyənləşdirilməsinə və vətəndaşların qərar qəbuletmə proseslərinə təsir imkanlarının genişlənməsinə xidmət edir. Bu baxımdan maarifləndirmə tədbirlərinin regionlarda keçirilməsi ictimai iştirakçılıq mədəniyyətinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Layihənin əsas məqsədi qadınların ictimai nəzarət təşəbbüslərində fəallığını artırmaq, “İctimai iştirakçılıq haqqında” Qanunun tətbiqinin səmərəliliyinə dəstək vermək, ictimai nəzarət mexanizmlərinin inkişafına töhfə vermək və qadınların idarəetmədə, eləcə də qərar qəbuletmə proseslərində rolunun gücləndirilməsini təşviq etməkdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.